Türkiyədə serialların bir bölümünün çəkiliş xərci 25 milyon TL-ni ötüb. Baş rol aktyorlarının bölüm başına milyonlarla lirə qazandığı iddiaları televiziya dünyasında müzakirələrə səbəb olub.
Dergi.az xəbər verir ki, “Taşacak Bu Deniz” serialının aktyorlarından Ulaş Tuna Astepe bölüm başına 700 min – 1 milyon TL, Deniz Baysal 600 min – 900 min TL qonorar aldığı iddia olunur. Ava Yaman və Burak Yörükün isə 400 min – 600 min TL arasında qazandığı bildirilir.
“Altı Üstü İstanbul” serialı da aktyor heyəti və qazanc iddiaları ilə diqqət çəkir. Feyyaz Dumanın 700 min – 1 milyon TL, Nehir Erdoğanın 600 min – 900 min TL qonorar aldığı təxmin edilir.
Lakin bu məbləğlər rəsmi şəkildə təsdiqlənməyib. Aktyorların faktiki gəlirləri prodüser şirkətləri ilə bağladıqları fərdi müqavilələrdən asılı olaraq dəyişə bilər.
“Tuzlu Kahve” serialının aktrisası Yasemin Ergenenin hər bölüm üçün 2 milyon TL qazanacağı barədə iddia isə geniş rezonans doğurub.
