Britaniyalı aktrisa Emiliya Klark “Taxt oyunları” serialının ulduzu olaraq 40 yaşını təmtəraqlı və yaddaqalan məclislə qeyd edib.
Dergi.az xəbər verir ki, şənlikdə onun serialdakı həmkarları Kit Harinqton, Natali Emmanuel, Alfie Allen, Ceykob Anderson və İndira Varma da iştirak ediblər. Qonaqlar arasında aktrisa Şeron Horqan, reper Stormzy və digər məşhurlar da yer alıb.
Klarkın sosial şəbəkələrdə paylaşdığı fotolardan görünür ki, gecə olduqca qeyri-adi keçib. Ad günü sahibi Erdem brendinə məxsus, xüsusi hazırlanmış, ətəyi həcmli mini don geyinib.
Məclisdə yarıçılpaq ofisiantlar qonaqlara spirtli içkilər və siqaretlər paylayıb, zalın künclərində isə prezervativlərlə dolu vedrələr və konfeti yerləşdirilib.
Aktrisa fotolarını “40 yaş belə görünür, əzizim!” sözləri ilə paylaşıb.
