Amerikalı futbolçu Tom Bredi ilə əlaqədar “Victoria’s Secret” modelləri Kendis Sveynpol, Coan Smols və İrina Şeyk arasında münaqişə yaranıb.

Dergi.az xəbər verir ki, iddialara əsasən, Coan Smols bir il ərzində Bredi ilə münasibətdə olub. Kendis Sveynpol isə Jizel Bündxenə hörmət əlaməti olaraq bu münasibətdən narahatlıq keçirib və rəfiqəsinə ehtiyatlı olmağı tövsiyə edib. Lakin Coan futbolçu ilə ayrıldıqdan sonra Kendis özü Bredi ilə münasibət qurub.

Rusiyalı model İrina Şeykin də adı bu hekayədə hallanır. O, dəfələrlə Bredi ilə birlikdə görüntülənib. Cütlük 2022-ci ildə Jizel Bündxendən boşandıqdan sonra bir neçə dəfə ayrılıb və yenidən barışıb.