Amerikalı səsləndirmə sənətçisi Erik Bauza Kaliforniya ştatının Los-Anceles şəhərindəki evində qəflətən vəfat edib.

Dergi.az xəbər verir ki, Variety jurnalının Los-Anceles bölgəsi tibbi ekspertizasının qeydlərinə əsaslanan məlumatına görə, Bauza hipertansif kardiyovaskulyar xəstəlik səbəbindən həyatını itirib.

Emmi mükafatlı səsləndirmə ustası Bauza, Looney Tunes personajları ilə yanaşı, 2023 istehsalı olan Super Mario Qardaşları filmində Qurbağa General (Toad General) obrazını, Avatar: The Last Airbender və Avatar: Seven Havens kimi layihələrdə isə müxtəlif personajları səsləndirib.