Rusiyalı aktrisa Yekaterina Varnava Hollivud ulduzu Sidney Suini ilə eyni obrazı təkrarlayıb.
Dergi.az xəbər verir ki, 41 yaşlı aktrisa yeni fotosessiyasından şəffaf gümüşü geyimdə çəkilmiş şəkillərini paylaşıb. Sidney Suini də eyni Christian Cowan x Elias Maso geyimində bir il əvvəl Variety jurnalının mükafat mərasimində iştirak edib.
Varnava sosial media hesabında bu cür obrazlarla fotosessiya etmək istədiyini və bunun həyatının xüsusi bir hissəsi olduğunu qeyd edib. O, daha üç obrazını da təqdim edib.
Əvvəllər Yekaterina Varnava tez-tez “sağlam olmayan” arıqlığına görə tənqid edilsə də, Sen-Tropedə istirahət zamanı bikini ilə çəkilmiş fotolarını paylaşmışdı.
Xatırladaq ki, Comedy Woman şousunun ulduzu Yekaterina Varnava 2022-ci ildə Rusiyadan Kiprə köçüb və orada Arsen Qriqoryan ilə birlikdə Drama Queen kabare-şousunu təsis edib.
