Rusiyalı aktrisa Yekaterina Varnava 2022-ci ildən Rusiyada yaşamasa da, yenidən Moskva tədbirlərində aparıcılıq etməyə hazırdır. Aktrisa bu xidmət üçün 2,8 milyon rubl tələb edir.
Dergi.az xəbər verir ki, “Mash” teleqram kanalının məlumatına görə, Varnava Rusiyadan olan müştərilərdən yenidən təkliflər qəbul edir. Tədbirin 5-6 saat ərzində aparıcılığı üçün aktrisa 2,8 milyon rubl tələb edir ki, bu da xarici müştərilər üçün müəyyən edilən məbləğdən 300 min rubl çoxdur. Onun riderində səhnə arxasında salat, meyvə, qril ləzzətləri, şərab və cin ilə yanaşı, otel və biznes-klass uçuşu da yer alır.
Varnava yalnız tərəfdaşı ilə çıxış etməyə razıdır. Onun fikrincə, tərəfdaş olmadan çıxışların keyfiyyəti azalır.
Qeyd edək ki, Varnava 2020-2022-ci illərdə rejissor Aleksandr Moloçnikovla münasibətdə olub. Ayrılıqdan sonra Moloçnikov ABŞ-a köçüb, Varnava isə əvvəlcə Ermənistana, sonra Kiprə köçüb.
Varnava hazırda xaricdə teatr tamaşalarında iştirak edir. Bu il onun iştirakı ilə “Şanelə qarşı Rubinşteyn” və “Drama Queen” tamaşaları göstərilib.
