Türkiyəli aktrisa Dilan Çiçək Dəniz sevgilisi, musiqiçi Birkan Nasuhoğlu ilə uzun yol gəzisindən romantik fotoları sosial mediada paylaşıb.

Dergi.az xəbər verir ki, Dilan Çiçək Dəniz şəxsi həyatını gözlərdən uzaq saxlamağa çalışsa da, bəzən sosial media paylaşımları ilə izləyicilərinə sürpriz edir. Son paylaşımında aktrisa sevgilisi ilə birlikdə keçirdiyi xoş anları izləyiciləri ilə bölüşüb.

Dilan Çiçək Dəniz paylaşımına “Həyat yoldaşımla uzun yol gəzisi” ifadəsini əlavə edib. Bu ifadə izləyicilər arasında geniş maraq doğurub və paylaşım çox sayda bəyənmə və şərh alıb.

Fotolar qısa müddətdə cütlüyün pərəstişkarları tərəfindən böyük maraqla qarşılanıb.