Türkiyəli aktrisa Beste Kökdemir Yaponiyada tətil zamanı xəstəxanaya yerləşdirilib.
Dergi.az xəbər verir ki, aktrisa sosial media hesabında xəstəxanadan foto paylaşaraq vəziyyəti haqqında məlumat verib. Kökdemir açıqlamasında səhhətinin yaxşılaşdığını və narahatlığa əsas olmadığını bildirib.
O, Yaponiyada tətil etdiyi müddətdə qəfil səhhətində yaranan problemlə üzləşib və dərhal tibbi yardım alıb.
Aktrisanın pərəstişkarları ona tezliklə sağalmasını arzulayıb və dəstək mesajları göndərib.
