Rusiyalı “Miss Rusiya” Valentina Alekseyeva 50 yaşlı biznesmen İlya Mitelman ilə münasibətlərinə dair tənqidlərə cavab verib.
Dergi.az xəbər verir ki, Alekseyeva Woman.ru-ya müsahibəsində bu tənqidlərə ironiya ilə yanaşdığını və münasibətlərindəki yaş fərqinin əhəmiyyət daşımadığını bildirib. O, münasibətlərdə yetkinlik, intellekt və məsuliyyətin daha vacib olduğunu vurğulayıb.
Valentina, ideal toyunun nümayiş deyil, yaxın dostlarla keçirilən müqəddəs bir gün olacağını qeyd edib. O, toy geyiminin zərif və klassik olmasının önəmini vurğulayıb.
Alekseyeva hazırda Piroqov Universitetində təhsil alır və onkoloq olmaq arzusundadır. O, modelliyin təhsilinə mane olmadığını və bu sahədə də uğurlar qazanmaq istədiyini bildirib.
Valentina Alekseyeva bu ilin yazında “Miss BRICS” beynəlxalq gözəllik müsabiqəsində qalib gəlib. Sosial mediada tez-tez lüks həyat tərzi və “saxta məhsuldarlıq” ittihamları ilə üzləşir.
