Amerikalı model və influenser Gabbriette (əsl adı — Gabriella Lee Bechtel) ana olmağa hazırlaşır.
Dergi.az xəbər verir ki, Gabbriette və onun nişanlısı, The 1975 qrupunun 37 yaşlı solisti Mettyu Hili, Qərbi Hollivudda Bristol Farms mağazasında alış-veriş edərkən paparassilər tərəfindən görüntüləniblər. People nəşri bu fotoları yayımlayıb və modelin hamiləlik şayiələri təsdiqlənib.
Gabbriette ilə Hili arasındakı münasibət 2023-cü ildə ortaya çıxıb və iki il əvvəl model öz Instagram hesabında nişanlandığını təsdiqləyib. Cütlüyün toyu bu yay Hollivud-Hillsdə Madonnanın keçmiş malikanəsi Castillo del Lago-da baş tutub. Toy zamanı gəlin Matières Fécales brendindən üç fərqli paltar geyinib.
Sentyabr ayında Gabbriette-in CR Fashion Book üçün çəkilən yeni fotosessiyası sosial mediada tənqid edilib. İzləyicilər fotoları “çox vulqar və zövqsüz” adlandırıblar.
Gabbriette ilə münasibətindən əvvəl Hili, müxtəlif vaxtlarda Taylor Swift və FKA Twigs ilə görüşüb.
