Honq Konqlu rejissor Yeung Leung-chuenin “We Are Born Good” filmi Tayvanda keçirilən Qızıl At Mükafatlarında Ən Yaxşı Film və Ən Yaxşı Orijinal Ssenari nominasiyalarında qalib gəlib.
Dergi.az xəbər verir ki, film Torontoda keçirilən kəşf bölməsində nümayiş olunub və bir restoranda baş verən hadisə nəticəsində böyük münaqişəyə cəlb olunan iki insanın hekayəsini əhatə edir. Beynəlxalq satışlar Edko Films tərəfindən həyata keçirilir.
Tayvanlı rejissor Cozef Hsu Çen-çiehin “Double Happiness” filmi isə Ən Yaxşı Rejissor, Ən Yaxşı Baş Rol Aktyoru, Ən Yaxşı Film Montajı və Tamaşaçı Seçimi Mükafatı nominasiyalarında qalib olub.
Digər qaliblər arasında Ervin Han və Raul Qarsianın “The Violinist” animasiya filmi də yer alıb. Bu film Ən Yaxşı Animasiya Filmi və Ən Yaxşı Adaptasiya Ssenarisi mükafatlarını qazanıb.
Tayvanda Qızıl At Mükafatları Çin dilli filmlər üçün ən nüfuzlu mükafatlardan biri hesab olunur və bu ilki mərasim 22 noyabrda Taypeydə keçirilib.
