Türkiyəli aktyor Mehmet Günsür “Aşk Tesadüfleri Sever 3” filmində canlandırdığı Özgür obrazı haqqında danışıb.

Dergi.az xəbər verir ki, film 20 noyabrda nümayişə girib və Ankara ilə İzmir şəhərlərində xüsusi nümayişlərlə izləyicilərlə görüşüb. Mehmet Günsür və rejissorlar Ömər Faruk Sorak və İpək Sorak hər iki şəhərdə tamaşaçıların böyük marağı ilə qarşılanıb.

Aktyor Mehmet Günsür xüsusi nümayişlərdə sevənləri ilə görüşüb və fotoşəkillər çəkdirib. Müzakirələrdə Özgür obrazının yaşadığı emosional çətinliklərdən danışıb.

Günsür, Özgürün sevgi və itki üzərində qurulan hekayəsinin onun üçün xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. O, “Özgür, sevdiyi qadını itirdikdən sonra həyatda qalmaq üçün mübarizə aparır və onun qəlbini yaşatmağa çalışır” deyə vurğulayıb.