Türkiyəli aktyor Mehmet Günsür uşaqlıq illərinə dair maraqlı bir xatirəsini bölüşüb.
Dergi.az xəbər verir ki, aktyor 12 yaşında olarkən anasının onun bir fotosunu falçıya göstərdiyini deyib. Falçının cavabının əl yazısı ilə yazılmış qeydlər şəklində hələ də özündə olduğunu bildirib.
Mehmet Günsür həmin hadisəni belə izah edib: “Falçı, ‘İlk dəfə bu qədər erkən reinkarnasiya olmuş birini görürəm. İtaliyada bir kino aktrisasıymış və avtoqəzada ölmüş’ demiş”.
Aktyor anasının əl yazısı ilə yazdığı qeydlərin hələ də onun yanında olduğunu bildirib və həyatında buna bənzər çoxlu sehrli, gözəl təsadüflərin olduğunu vurğulayıb.
