Türkiyəli aktyor Mehmet Günsür “Aşk Tesadüfleri Sever 3” filmində 16 il sonra yenidən canlandırdığı Özgür obrazı haqqında danışıb.
Dergi.az xəbər verir ki, aktyor eyni rolu yenidən canlandırmağın onun üçün böyük bir şans olduğunu bildirib. O, ilk filmin uğurunun gətirdiyi məsuliyyəti də qeyd edib.
Mehmet Günsür, həyatındakı təsadüflərin əhəmiyyətinə inandığını və hər şeyin bir səbəbi olduğunu düşündüyünü vurğulayıb.
“Aşk Tesadüfleri Sever 3” filmi 20 noyabrda vizyona girəcək və Mehmet Günsür, Devrim Özkan ilə baş rolları paylaşacaq.
