Türkiyəli müğənni Simge Adana Kültür Yolu Festivalının 6-cı axşamında Merkez Parkda Adanalı pərəstişkarları ilə görüşüb.
Dergi.az xəbər verir ki, Simge pərəstişkarlarına hərəkətli mahnıları və sevilən romantik parçalarından ibarət repertuarı ilə musiqi və əyləncə dolu bir axşam yaşadıb.
Müğənni “Malum” və “Yankı” kimi hit mahnılarını da səsləndirərək dinləyicilərinin qarşısına çıxıb. Hərəkətli parçaları ilə konsertin tempini yüksəldən Simge, romantik mahnıları ilə də musiqisevərlərə fərqli duyğular yaşadıb.
Adana Kültür Yolu Festivalı 15 noyabr tarixinədək müxtəlif sənətçiləri qarşılayacaq.
