Türkiyəli pop müğənnisi Murat Boz Gaziantepdə keçirilən GastroAntep Mədəniyyət Yolu Festivalı çərçivəsində konsert proqramı ilə çıxış edib.
Dergi.az xəbər verir ki, konsertdə Murat Boz geniş repertuarı və səhnə performansı ilə tamaşaçıları heyran edib. Minlərlə musiqi sevər onun ifalarına qoşularaq möhtəşəm bir koro yaradıb.
Müğənni “Üzüleceksin”, “Özledim” və “Adını Bilen Yazsın” kimi sevilən mahnılarını səsləndirib və dinləyicilərdən tam qiymət alıb. Onun səhnə hakimiyyəti və coşqulu çıxışı festival gecəsinə damğa vurub.
GastroAntep Mədəniyyət Yolu Festivalı 11 oktyabra qədər müxtəlif tədbirlərlə davam edəcək.
