Türkiyəli müğənni Soner Olgunun vəfat etdiyi xəbəri gəlib. “İyi Bayramlar Türkiye” və “Sevda Diye Bir Kuş” mahnıları ilə tanınan sənətçi bir müddətdir xərçəng müalicəsi alırdı.

Dergi.az xəbər verir ki, məşhur sənətçinin ölümü sevənlərini yasa boğub. Soner Olgunun ölümündən sonra onun keçmiş həyat yoldaşı Özlem Koldaş da duyğusal vida mesajı paylaşıb.

Özlem Koldaş paylaşımında “Evliliyi başaramadık ama iyi dost olduk” sözlərini qeyd edib. Koldaşın bu səmimi ifadələri sənətçinin sevənlərini duyğulandırıb.