Türkiyəli müğənni Hakan Altun Gaziantepdə keçirilən GastroAntep Mədəniyyət Yolu Festivalında konsert proqramı ilə çıxış edib.

Dergi.az xəbər verir ki, Türk fantezi və pop musiqisinin tanınmış siması Hakan Altun festivalın yeddinci günündə səhnə alıb. Konsertə minlərlə musiqisevər qatılıb və Altunun mahnılarına böyük coşqu ilə qoşulublar.

Müğənni konsertdə “Telefon” və “Təklif Edirəm” kimi məşhur mahnılarını ifa edib. Həmçinin, Gaziantepə özəl olaraq “Antep’in Kalesi” türküsünü də repertuarına daxil edib. Dinləyicilər bu mahnılara böyük həvəslə qoşulublar.

Hakan Altun konsertdə Gaziantepli musiqisevərlərin sıx iştirakı və şarkılara tam qoşulmasından məmnunluğunu ifadə edib. O, göstərilən qonaqpərvərlik üçün Gaziantep xalqına və Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinə təşəkkür edib.