Türkiyəli müğənni Demet Akalın Antalya Kültür Yolu Festivalında konsert verib.

Dergi.az xəbər verir ki, Konyaaltı Beach Park-da keçirilən konsertdə minlərlə musiqisevər iştirak edib. Demet Akalın sevilən hit mahnıları ilə dinləyicilərə musiqi dolu anlar yaşadıb.

Konsertin ən maraqlı anı Demet Akalının “Yerində Dur” mahnısını ifa edərkən yaşanıb. Müğənni populyar reper Sefo-nu səhnəyə dəvət edərək böyük sürpriz edib. İki sənətçinin birgə çıxışı festivalın ən yaddaqalan anlarından olub.

Antalya Kültür Yolu Festivalı 8 noyabrda Hakan Altunun möhtəşəm konserti ilə başa çatacaq.