Türkiyəli müğənni Demet Akalının həyat yoldaşı Okan Kurt xəstəxanaya yerləşdirilib.
Dergi.az xəbər verir ki, Okan Kurt avtomobildə olarkən əzələ spazmı keçirib. Demet Akalın bu vəziyyəti sosial media hesabında paylaşaraq “Kuzuma nazar dəydi. Avtomobildə əzələ spazmı keçirdi, təcili yardıma ehtiyacımız oldu. İdman həyatından çıx, bədən siqnal verir” deyə bildirib.
Qeyd edək ki, Okan Kurt bodibildinq idmançısıdır və son olaraq Avropa/Balkan Çempionatı milli komanda seçimlərində iştirak edib.
