Murad Arif “HOQQA” adlı yeni albomunu da təqdim edib.
Murad Arif və ProMete birgə ifa etdikləri “Yer Adamı” mahnısının klipini təqdim ediblər. Mahnının sözləri və musiqisi Murad Arifə məxsusdur. Klipin rejissoru Fərhad Əlidir.
Mistik süjetdə Murad Arif qaranlıq meşədə öz yolunu, mənəvi həqiqətini və doğru qapını axtarır. Mahnıda səslənən “Yaradanın övladı” ifadəsi və qəhrəmanın ovuclarındakı qanlı çarmıx izləri bu axtarışın mənasını tamaşaçının yozumuna açıq qoyur. Finalda qəhrəman sanki bir dünyadan digərinə keçir.
Kliplə eyni gündə təqdim olunan “HOQQA” albomunda Əməkdar artist Abbas Bağırovla yeni duet, eləcə də “Saçların”, “Həyat Yoldaşımsan” və “ÇALXALA” mahnılarının yeni versiyaları yer alıb. Koreyalı DJ-lər Jason və Sun B “ÇALXALA”nın remiksini xüsusi olaraq bu albom üçün hazırlayıblar.

