Amerikalı müğənni və bəstəkar Qreysi Abrams “Daughter from Hell” albomunun Deluxe versiyasını yayımlayıb.

Dergi.az xəbər verir ki, albomun genişləndirilmiş versiyasında beş yeni mahnı yer alıb. Bu mahnılar arasında Qlastonberi Festivalında təqdim edilən “Out of Nowhere” və əvvəllər yalnız vinil formatında mövcud olan “Crazy Girl” də var.

“Daughter from Hell” albomunun Deluxe versiyası ümumilikdə 21 mahnıdan ibarətdir və 70 dəqiqə davam edir. Abrams albomun adının ona aid olduğunu, bu mahnının anasına gecikmiş bir təşəkkür məktubu kimi yazıldığını bildirib.

Gracie Abrams “Daughter from Hell” albomu ilə Billboard 200 siyahısında ilk dəfə birinci yeri tutub. O, albomunu Şimali Amerikada dekabrdan mart ayına qədər davam edəcək arena turnesi ilə dəstəkləyəcək.