Məşhur türkiyəli müğənni və aktyor Oğuzhan Koç İstanbulun Levent məhəlləsində yaşadığı evin kirayəsi ilə bağlı ev sahibi ilə məhkəməyə müraciət edib.
Dergi.az xəbər verir ki, uzun müddətdir eyni mənzildə yaşayan Koç, aylıq 85 min lirə kirayə ödəyirdi. Lakin ev sahibi, bazar şərtlərini əsas gətirərək kirayənin 350 min lirəyə qaldırılmasını tələb edib. Anlaşma əldə olunmadığı üçün məsələ məhkəməyə çıxarılıb və nəticədə məhkəmə 324 min lirəlik yeni kirayə məbləği təyin edib.
2019-cu ildən bəri Beşiktaş Leventdə yaşayan Oğuzhan Koç, ev sahibinin artım tələbi ilə üzləşib. Müğənni, məhkəmədə evdə öz büdcəsindən təmir işləri apardığını və tələb olunan məbləğin ədalətli olmadığını müdafiə edib.
Bilirkişi hesabatında mənzilin bazar qiymətinin 360 min lirə olduğu bildirilərək, məhkəmə 10% ədalət endirimi tətbiq edib və kirayəni 324 min lirə olaraq müəyyənləşdirib.
Bu qərarla, Oğuzhan Koçun kirayəsi bir anda 239 min lirə artıb. Müğənni, vəkili vasitəsilə qərara etiraz edərək dosyeni yuxarı məhkəməyə təqdim edib.
