Türkiyəli aktrisa Aslı Enver iş adamı Berkin Gökbudak ilə evliliklərinin dördüncü ildönümünü qeyd edib.
Dergi.az xəbər verir ki, 2022-ci ildə sürpriz bir qərarla ailə quran məşhur cütlük, bu xüsusi günü sosial mediada romantik bir paylaşım ilə qeyd edib. Aslı Enver “Səni sevirəm” notu ilə həyat yoldaşına olan sevgisini ifadə edib.
Aslı Enver və Berkin Gökbudak cütlüyü 2023-cü ilin 4 iyulunda dünyaya gələn qızları Elay ilə ailə xoşbəxtliyini daha da artırıb. Aktrisa qızının doğumunu “Həyatımın ən xüsusi günü” sözləri ilə təsvir edib.
Cütlüyün dördüncü evlilik ildönümü münasibətilə paylaşdığı romantik foto sənət camiəsindən və minlərlə pərəstişkarından təbrik mesajları alıb.
