Türkiyəli aktrisa Zeynəb Beşerler hazırda heç bir film və ya serial layihəsində yer almadığını açıqlayıb.

Dergi.az xəbər verir ki, Habertürk-ə müsahibəsində Beşerler teatr səfərinə çıxacağını və bu səbəbdən televiziya və sinema layihələrində iştirak etmədiyini bildirib.

Aktrisa teatr işlərindən məmnun olduğunu və hazırda yeni layihələr üzərində işləmədiyini vurğulayıb.

Zeynəb Beşerler teatrla maraqlandığını və bu sahədəki işlərin ona zövq verdiyini qeyd edib.