Türkiyəli aktrisa Berfu Yenenler “Berfu Yenenler Talk Show” proqramında Oğuzhan Koç ilə münasibətlərinin başlanğıcı haqqında maraqlı açıqlama verib.

Dergi.az xəbər verir ki, aktrisa münasibətlərinin ilk günlərində bir-birilərini tanımırmış kimi davrandıqlarını bildirib. O, bir tədbirdə Oğuzhan Koç ilə təsadüfən qarşılaşdıqlarını və həmin gün heç kimin onların danışdığını bilmədiyini deyib. İkisi də sanki bir-birilərini tanımırmış kimi davranıb, sadəcə salamlaşaraq ayrılıblar.

Yenenler həmin gecənin sonunda ilk dəfə söhbət etdiklərini və təsadüfən məkanın üzərlərinə kilidləndiyini, bütün işıqların söndüyünü qeyd edib.