MGM+ platformasında yayımlanan “New Wave” sənədli filmi musiqi tarixində əhəmiyyətli bir yer tutan “New Wave” janrının irsini araşdırır.

Dergi.az xəbər verir ki, film 23 noyabrda təqdim ediləcək və dörd saat davam edəcək. Sənədli film Blondie, The Talking Heads, The Motels və The Human League kimi qrupların musiqi irsini geniş şəkildə işıqlandırır.

Sənədli filmdə Andy Bell (Erasure), Andy McCluskey (OMD), Billy Idol, Bob Geldof (Boomtown Rats), Brian Setzer (Stray Cats), John Taylor (Duran Duran) kimi məşhur musiqiçilərin müsahibələri yer alıb.

Rejissor Duqlas Tirola filmin “New Wave” musiqisinin yalnız bir moda deyil, əsaslı bir hərəkat olduğunu vurğulayıb. O, bu janrın alternativ mədəniyyəti əsas axına çevirdiyini bildirib.

Sənədli filmə daxil edilən görüntülər arasında Talking Heads-in Nyu-York loft görüntüləri kimi nadir materiallar da yer alır.