Amerikalı müğənni Taylor Swift və Jaafar Jackson Hollywood Music in Media Awards (HMMA) 2026-da mükafat qazananlar sırasında yer alıb.

Dergi.az xəbər verir ki, Taylor Swift və Jack Antonoff “Toy Story 5” filmindəki “I Knew It, I Knew You” adlı mahnıya görə mükafatlandırılıb. Swift bu mahnını cəmi səkkiz saat ərzində yazıb və səsləndirib.

Jaafar Jackson “Michael” filmindəki “Bad” mahnısına görə film kateqoriyasında ekran performansı üçün mükafat alıb.

Digər qaliblər arasında Diane Warren “One Right Here” mahnısına görə üçüncü HMMA mükafatını qazanıb. Ludwig Göransson isə “The Odyssey” filmi üçün yazdığı musiqiyə görə səkkizinci HMMA mükafatını əldə edib.