Amerikalı müğənni Miley Cyrus-un son albomu “Bass Persuades” Billboard 200 siyahısında bir həftə ərzində 1-ci yerdən 157-ci yerə enib.

Dergi.az xəbər verir ki, bu eniş qadın sənətçilər arasında tarixdə ən böyük düşüş kimi qeyd olunub. Albom ilk həftəsində 61 min ədəd satılaraq 28 sentyabrda 1-ci yerdə debüt edib.

Əvvəlki rekord Madonna-nın “Madame X” albomuna aid idi, o, 2019-cu ildə 1-ci yerdən 77-ci yerə enmişdi. Celine Dion-un “Courage” albomu isə 111-ci yerə düşərək bu rekordu keçmişdi.

Cyrus-un yeni albomu “Bass Persuades”, Atlantic Records ilə ilk işidir və müxtəlif formatlarda satışa çıxarılıb. Taylor Swift isə “The Life of a Showgirl” albomu ilə yenidən 1-ci yerə qayıdıb.

XƏBƏRİN VİDEOSU

0:00 / 0:00

SOSİAL MEDİA MƏZMUNU