Amerikalı müğənni və aktrisa Miley Cyrus Maxx Morando ilə Kaliforniyanın Palm Springs şəhərində hovuz kənarında keçirilən mərasimdə evlənib.
Dergi.az xəbər verir ki, mərasimi The Flaming Lips qrupunun üzvü Wayne Coyne idarə edib. Cütlük ağ çiçəklərlə bəzədilmiş tağ altında ailə və dostları qarşısında and içib. Miley Cyrus uzunqollu ağ atlas don geyinib, Maxx Morando isə qara kostyumda olub.
Toyda iştirak edənlər arasında Miley Cyrusun anası Tish Cyrus və həyat yoldaşı Dominic Purcell, bacısı Noah Cyrus, atası Billy Ray Cyrus və aktrisa Elizabeth Hurley də yer alıb.
Miley Cyrus və Maxx Morando cütlüyü 2021-ci ilin sonunda ilk dəfə bir-biri ilə əlaqələndirilib. Morando, Los Anceles rok qrupu Liily-nin nağaraçısıdır və cütlük bir neçə il ərzində əsasən diqqətdən kənarda qalıb.
Bu, Miley Cyrusun ikinci evliliyidir. O, daha əvvəl 2018-ci ildə Liam Hemsworth ilə evlənib, lakin 2019-cu ilin avqustunda ayrılıb.
