Amerikalı müğənni Miley Cyrus və sevgilisi, rok musiqiçisi Maxx Morando Kaliforniyanın Palm Springs şəhərində ailə arasında keçirilən toy mərasimində evləniblər.
Dergi.az xəbər verir ki, toy mərasimində Miley’nin valideynləri Billy Ray Cyrus və Tish Cyrus, eləcə də Billy Ray ilə nişanlı olan Elizabeth Hurley və Tish’in əri Dominic Purcell iştirak ediblər.
Mərasimdə nikahı Miley’nin yaxın dostu və “The Flaming Lips” qrupunun solisti Wayne Coyne kəsib. Toyda təqdim olunan menyuda filet mignon, şerri kapuçino və fındıqlı crème brûlée kimi yeməklər yer alıb.
Miley Cyrus, ötən ay Hollywood Bowl-da konserti zamanı nişanlısı Maxx Morando ilə “Let’s Get Married” adlı mahnını ifa edərək evlilik siqnalları vermişdi.
Miley Cyrus və Maxx Morando dörd illik münasibətdən sonra 2025-ci ilin sonunda Yaponiyanın Kyoto şəhərində nişanlanıblar.
