Türkiyəli müğənni Sıla səhnədə qarın əzələləri ilə diqqət çəkib. Məşhur sənətçi İstanbulda keçirdiyi konsertdə formda görünüşü və enerjisi ilə izləyicilərin marağını toplayıb.
Dergi.az xəbər verir ki, Sıla konsertində sevilən mahnıları ilə dinləyicilərə musiqi dolu bir axşam yaşadıb. Onun səhnə üçün seçdiyi geyim isə gecənin diqqət çəkən məqamlarından biri olub. Qarın əzələlərini önə çıxaran tərzi ilə Sıla səhnədə adeta şou göstərib.
Sosial mediada qısa zamanda gündəm olan Sıla’nın bu görüntüləri çoxsaylı şərh və paylaşımlar alıb. İstanbul konsertindəki bu anlar magazin və musiqi gündəminin diqqət çəkən başlıqları arasında yer alıb.
