Amerikalı müğənni Selena Qomezin gündəlik vərdişi sosial şəbəkələrdə maraq doğurub.
Dergi.az xəbər verir ki, sənətçinin həyat yoldaşı onun hər gün bir banka turşu yediyini açıqlayıb.
Bu məlumat pərəstişkarları arasında müzakirələrə səbəb olub. İzləyicilərin bir qismi müğənninin bu qeyri-adi vərdişinə təəccüblənib, digərləri isə bunun sağlamlığa mümkün təsirini müzakirə etməyə başlayıb.
Selena Qomezin turşu sevgisi sosial şəbəkələrdə günün maraqlı mövzularından birinə çevrilib.
