Azərbaycanlı xanəndə Nişanə Baxışova ilk solo konsertini verməyə hazırlaşır.

Dergi.az xəbər verir ki, 7 dekabrda Opera Studiyasında baş tutacaq gecədə sənətçi klassik muğamlar, segahlar, xalq və bəstəkar mahnıları ifa edəcək.

Tədbirdə Nişanə Baxışova ilə birgə Xalq artistləri Nəzakət Teymurova, Simarə İmanova, Zabit Nəbizadə və Əməkdar artist Elnarə Abdullayevanın da səhnəyə çıxması nəzərdə tutulub.

Qeyd edək ki, Nişanə Baxışova Nəzakət Teymurovanın tələbəsidir və 2011-ci ildə II Muğam müsabiqəsində III yerə layiq görülüb.