Xalq artisti, xanəndə Nəzakət Teymurova məktəblərdə vahid geyim qaydasının tətbiqini dəstəkləyib.

Dergi.az xəbər verir ki, Teymurova məktəblərdə eyni formanın olması ilə heç kimin bir-birindən seçilmədiyini bildirib. O, öz dövründə də belə bir qaydanın olduğunu xatırladıb.

Xalq artisti gənclərin müasir geyim tərzindəki bəzi neqativ məqamlara diqqət çəkərək, Nazirlər Kabinetinin qərarının yerində olduğunu vurğulayıb. O, məktəbli qızların makiyaj etməsi və uzun dırnaq qoymasını tənqid edib.

Nəzakət Teymurova məktəb dövründə sadəliyin vacibliyini qeyd edib və vahid geyim qaydasının yaxşı bir addım olduğunu bildirib.