Hollivud aktyoru Corc Kluni 45 yaşlı həyat yoldaşı Amal ilə evliliyi barədə açıqlama verib. Cütlük iki övlad böyüdür.
Dergi.az xəbər verir ki, Kluni “The Albies” gala-gecəsində “People” jurnalına müsahibəsində özünü çox şanslı və xoşbəxt hiss etdiyini bildirib. O, “bir-birimizi tapdığımız üçün çox şanslıyıq” deyib. Aktyor Amal haqqında ən çox nəyi sevdiyini soruşduqda isə “bu çox uzun bir hekayədir” cavabını verib.
Amal isə onların möhkəm evliliklərinin sirrini “ən inanılmaz insanı seçsən, o andan etibarən hər şey yaxşı olacaq” sözləri ilə izah edib.
Hollivud ulduzu Corc Kluni və britaniyalı vəkil Amal Alamuddin 2014-cü ildə evləniblər. Cütlüyün doqquz yaşında olan əkiz övladları var: oğlu Aleksandr və qızı Ella. Onlar övladlarını ictimaiyyətdən uzaq saxlayırlar.
Corc Kluni daha əvvəl də münasibətləri haqqında danışaraq heç vaxt mübahisə etmədiklərini qeyd edib. “Hələ də mübahisə üçün səbəb axtarırıq! Bu möhtəşəm qadını tapdıqdan sonra mən cekpotu qazandım. Elə bir gün yoxdur ki, dünyada ən xoşbəxt insan olduğumu düşünməyim” deyə Kluni bildirib.
