Britaniyalı aktrisa Florens Pyunun Governors Awards mükafat mərasimindəki yeni görünüşü sosial mediada müzakirələrə səbəb olub.
Dergi.az xəbər verir ki, “Peçenyuşki&Co” teleqram kanalı aktrisanın dodaqlarını böyütdüyünü və Bişanın yastıqlarını çıxardığını iddia edib. İzləyicilər onun üz ovalının dəyişdiyini və gözlərində də dəyişikliklər etdiyini bildiriblər. İnstaqramda yayılan videoda isə xarici izləyicilər Pyunun özünə bənzəmədiyini və rinoplastika etdirdiyini qeyd ediblər.
Əvvəllər Florens Pyu “Hollivud standartlarına” qarşı mübarizə aparıb. 2023-cü ildə aktrisa saçlarını qırxdığını və bunu “Hollivuda və onun gözləntilərinə qarşı” etdiyini açıqlayıb. O, həmin vaxt “Hollivudda hər kəs çox qlamurdur, xüsusən də qadınlar. Mən bu standartlara uyğun olmamağın tərəfdarıyam” deyə bildirib.
Florens Pyu keçmiş bir müsahibəsində 19 yaşında ikən prodüserlərin ona rola görə xarici görünüşünü dəyişdirmək şərti qoyduqlarını açıqlayıb. Bu, çəki, üz ovalı və qaş formasını əhatə edirdi. Pyu o zaman kino sənayesindən məyus olduğunu və aktrisa karyerasını seçməklə böyük bir səhv etdiyini düşündüyünü qeyd edib.
Son zamanlar kosmetik prosedurlar və ya cərrahi müdaxilə ilə görünüşünü dəyişdirməkdə Adrina Lima, Selena Qomez, Cennifer Lourens, Nataliya Vodianova da şübhə altına alınıb.
