Amerikalı aktrisa Şarliz Teron və Zendaya Los-Ancelesdə keçirilən 17-ci Governors Awards mükafatlandırma mərasimində iştirak ediblər.
Dergi.az xəbər verir ki, tədbirdə həmçinin Yuriy Borisov, Timoti Şalame, Penelopa Kruz və Emma Stoun kimi məşhurlar da iştirak ediblər. Mərasim, “Oskar” mükafatı öncəsi ənənəvi olaraq keçirilən tədbirlər sırasındadır.
51 yaşlı Şarliz Teron Tom Ford moda evinin yeni kreyativ direktoru Hayder Akkermanın hazırladığı dəri bralı podyum geyimdə diqqət çəkib. Zendaya isə britaniyalı dizayner Giles Deaconun arxivindən qızılı-bürünc rəngli paltar seçib.
Yuriy Borisov bu il “Oskar” mükafatı uğrunda yenidən mübarizə aparacaq.
