Amerikalı aktyor Bred Pitt “Netflix” platforması üçün çəkilən “The Further Mis-Adventures of Cliff Booth” filminin Los-Ancelesdə keçirilən qala gecəsində sevgilisi İnes de Ramonla birlikdə iştirak edib.

Dergi.az xəbər verir ki, film Bred Pittin “Bir vaxtlar Hollivudda” filmində canlandırdığı və “Oskar” mükafatı qazandığı Cliff Booth obrazının davamı olaraq çəkilib.

Gecədə Bred Pittin və İnes de Ramonun birgə görünüşü media tərəfindən geniş maraqla qarşılanıb.

“The Further Mis-Adventures of Cliff Booth” filminin təqdimatı geniş tamaşaçı kütləsi tərəfindən gözlənilir.