Netflix məşhur “Stranger Things” serialının kainatında cərəyan edəcək yeni prequel layihəsi “Other Worlds: A Stranger Things Adventure” adlı serialın ilk tizerini təqdim edib.

Dergi.az xəbər verir ki, canlı çəkiliş formatında hazırlanacaq serialın 2028-ci ildə yayımlanması planlaşdırılır. Netflix layihəni “Hawkinsdən əvvəl Marion var idi” sözləri ilə anons edib.

“Other Worlds” serialının hadisələri 1955-ci ildə ABŞ-ın Nevada ştatındakı Marion şəhərində baş verəcək. Süjet orijinal “Stranger Things” serialındakı hadisələrdən, eləcə də “Stranger Things: The First Shadow” səhnə tamaşasından onilliklər əvvəli əhatə edəcək.

XƏBƏRİN VİDEOSU