Amerikalı aktyor Anthony Mackie yaşlı kişilərin qadınlar tərəfindən bəyənilmədiyini bildirib.
Dergi.az xəbər verir ki, “Captain America” filminin 48 yaşlı ulduzu Andy Cohen ilə “Watch What Happens Live” proqramında evlilik planları haqqında sorğuya maraqlı cavab verib. Mackie, yaşlı bir kişi olaraq qadınların yaşlı kişiləri sevmədiyini ifadə edib.
Proqramın aparıcısı Andy Cohen və qonaq Jamie Dornan Mackie-nin bu fikri ilə razılaşmayıblar. Cohen, “Bu, tamamilə doğru deyil!” deyə etiraz edib.
Mackie əvvəlcə 2014-2018-ci illərdə Sheletta Chapital ilə evli olub və onların dörd oğlu var.
2025-ci ilin fevralında “People” jurnalına verdiyi müsahibədə Mackie, sevgi həyatını açaraq görüşmənin çətin olduğunu etiraf edib. O, “Tinder” və “Raya” kimi tətbiqləri istifadə etmədiyini də bildirib.
