Amerikalı aktrisa Sally Field 80 yaşını qeyd edib.
Dergi.az xəbər verir ki, iki dəfə Oskar mükafatı qazanan Sally Field, noyabrın 6-da İnstaqram hesabında paylaşdığı foto ilə yubileyini qeyd edib. Aktrisa mətbəxində əlində şərab şüşəsi və boş şərab qədəhi ilə görüntülənib.
“80 yaş, 79 kimi hiss edilir… amma daha çox şərabla,” deyə Field paylaşımında qeyd edib. Çoxsaylı tanınmış simalar, o cümlədən Andy Cohen və Barry Jenkins ona doğum günü təbrikləri ünvanlayıb.
Fieldin “Steel Magnolias” filmindəki həmkarı Culiya Roberts də İnstaqram hekayəsində aktrisaya doğum günü mesajı göndərib.
Sally Fieldin oğlu Sam Greisman isə anasının ad gününü qeyd edərək, 2000-ci ildə keçirilən 6-cı İllik Ekran Aktyorları Gildiyası Mükafatlarında çəkilmiş bir fotoşəkil paylaşıb.
