Türkiyəli idmançı və “Survivor 2026” yarışmasının finalçısı Nagihan Karadere son estetik əməliyyatlarından sonra yeni görünüşünü təqdim edib.

Dergi.az xəbər verir ki, Karadere daha əvvəl estetik əməliyyatlara 750 min TL xərclədiyini açıqlayıb. Son olaraq boyun və alt üz gərmə əməliyyatı keçirən idmançının bandajları çıxarılıb və dikişləri götürülüb.

Karadere’nin yeni görünüşü sosial mediada izləyiciləri tərəfindən böyük maraqla qarşılanıb.