Türkiyəli aktrisa və bloger Eylül Öztürk 5 saat davam edən estetik əməliyyat keçirdiyini açıqlayıb.
Dergi.az xəbər verir ki, Eylül Öztürk əməliyyatdan sonra son halını sosial media hesabında paylaşıb. O, əməliyyatın uğurlu keçdiyini və gözlədiyi nəticəni əldə etdiyini bildirib.
Eylül Öztürk estetik əməliyyatla bağlı daha ətraflı məlumat verməyib, lakin izləyicilərindən dəstək mesajları alıb.
Sosial mediada paylaşılan foto izləyicilər tərəfindən maraqla qarşılanıb.
