Türkiyəli komediya ustası və aktyor Ata Demirer pəhrizini pozduğunu açıqlayıb.

Dergi.az xəbər verir ki, son dövrlərdə 30 kiloqram arıqlayaraq fiziki görünüşündə böyük dəyişiklik edən Demirer, bu dəfə pəhrizini pozmaq məcburiyyətində qaldığını bildirib.

Aktyor, sosial media hesabında “Özlemişim…” yazaraq, bu qərarını paylaşaraq pəhrizini hansı səbəbdən pozduğunu izah edib.

Ata Demirer, bu paylaşımında hansı yeməkləri yediyini də göstərərək, izləyiciləri ilə səmimi anlarını bölüşüb.