Türkiyəli aktyor və ssenarist Ata Demirer “Pervaneler” filminin çəkilişlərini tamamlayıb.

Dergi.az xəbər verir ki, Hakan Algülün rejissorluğunu etdiyi və BKM tərəfindən istehsal olunan film Ayvalıkın sahil və küçələrində çəkilib. Kamera arxası görüntülər çəkiliş prosesindən maraqlı anları izləyicilərə təqdim edir.

Film 8 yanvar 2027-ci ildə nümayişə girəcək. Ata Demirer ilə yanaşı, Furkan Andıç, Algı Eke, Şifanur Gül, Ebru Cündübeyoğlu və digər tanınmış aktyorlar da filmin heyətində yer alır.