Kuzeyin Oğlu ləqəbi ilə tanınan və 31 mart 2025-ci ildə Kuzey Kıbrıs Türk Cümhuriyyətində səhnədə olduğu zaman keçirdiyi infarkt nəticəsində 58 yaşında vəfat edən Volkan Konak xatirələrdə yaşayır.
Dergi.az xəbər verir ki, mərhum sənətçinin həyat yoldaşı Selma Konak, onunla keçmişdə çəkilmiş nostaljik bir fotoşəkili izləyiciləri ilə paylaşıb.
Selma Konak, fotoşəkilin üzərinə “İstədiyim zaman əlini tuta bilmirəm bəlkə, amma ağlımın içindəki əlini buraxmışlığım yoxdur” sözlərini yazaraq izləyiciləri duyğulandırıb.
Volkan Konak 1992-ci ildə evləndikdə maddi çətinliklər səbəbindən toy edə bilməmişdi. 2023-cü ildə isə Selma Konak ilə nikah masasına oturduqdan 31 il sonra toy etmişdi. Cütlüyün Şimal Konak, Derin Konak və Volkan Konak adlı üç övladı var.
