Türkiyəli müğənni Eyüphan Sivasdakı evində ani ürək tutmasından vəfat edib.

Dergi.az xəbər verir ki, məlumatlara görə, müğənni Sivasın Yüceyurt məhəlləsindəki evində qəflətən halı pisləşib. Hadisə yerinə gələn təcili yardım briqadası tərəfindən xəstəxanaya aparılsa da, həkimlərin bütün müdaxilələrinə baxmayaraq, Eyüphan həyatını itirib. İlk araşdırmalara görə, ölüm səbəbi ürək tutması olub.

Eyüphan, əsl adıyla Eyüp Han, 1990-cı illərin əvvəllərindən etibarən musiqi karyerasını davam etdirərək arabesk və fantezi musiqi sahəsində özünəməxsus yer tutmuşdu. “Şehidin Mektubu”, “Tutsak Gibiyim”, “Sıkmalıyım Ben”, “Hasan Keyf” və “İsyan Kopacak” kimi albümləri ilə tanınmışdı.

Mərhum müğənninin cənazə mərasimi Sivasdakı Ay Yıldız məscidində keçiriləcək və Eyüphan doğulduğu yerdə dəfn ediləcək.