Rusiyalı aktrisa Viktoriya İsakova və iş adamı Roman Abramoviç Bakıda keçirilən ikinci beynəlxalq incəsənət festivalında iştirak ediblər.
Dergi.az xəbər verir ki, festivalda həmçinin Abramoviçin sevgilisi, model Nataliya Qotsiy də iştirak edib. Onlar İçərişəhərdə vaxt keçiriblər. İddialara görə, cütlük münasibətlərini təsdiqləyib.
Festivalın digər qonaqları arasında milyarder Yevgeni Şvidlerin həyat yoldaşı Nadejda Obolentseva, rəssam Aydan Salahova və Sergey Kapkov da yer alıb. Obolentseva Bakıda bir neçə sərgiyə qatılıb və şəhərdə gəzintilər edib.
Viktoriya İsakova festivalın bir axşamını yazıçı Aleksandr Tsıpkın ilə birlikdə aparıb.
