Rusiyalı aktrisa Viktoriya İsakova 50 illik yubileyini rejissor Fyodor Bondarçuk və 10 yaşlı qızı Varvara ilə birlikdə qeyd edib.
Dergi.az xəbər verir ki, “Komsomolskaya pravda” nəşrinin məlumatına görə, İsakovanın yubiley tədbirini Puşkin Teatrındakı həmkarları təşkil edib. Aktrisanın iştirak etdiyi “Qalmaq üçün səbəb” tamaşasından sonra səhnədə “İlahə” adlı kapustnik keçirilib. Səhnəyə İsakovanın həmkarları ilə yanaşı, qızı Varvara da çıxaraq fleyta ifa edib.
Nəşrin insayderləri bildiriblər ki, Bondarçuk da tədbirdə iştirak edib, lakin diqqət çəkməmək üçün İsakovadan uzaq durmağa çalışıb. Buna baxmayaraq, rejissor digər qonaqlarla foto çəkdirib.
İsakova ilə 59 yaşlı rejissor Bondarçukun münasibətləri haqqında ilk dəfə bu ilin mart ayında Spletnik yazıb. Jurnalist Bojena Rınska isə cütlüyün artıq birlikdə qonaqlıqlara qatıldığını təsdiqləyib.
İsakova 2003-2025-ci illərdə rejissor Yuri Morozla evli olub və bu evlilikdən 2015-ci ildə qızı Varvara doğulub. 2025-ci ildə Moroz uzun sürən xəstəlikdən sonra vəfat edib. Bondarçuk isə 1991-2016-cı illərdə Svetlana Bondarçukla evli olub və onların iki övladı var. 2015-ci ildən aktrisa Paulina Andreyeva ilə münasibətdə olub və 2019-cu ildə evləniblər, lakin keçən il boşanıblar.
